Xırdalan dəmir yolu stansiyasında ağır qəza baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, hadisə noyabrın 15-i, saat 17 radələrində baş verib. Belə ki, Xırdalan dəmir yolu stansiyasının ərazisində elektrovozla şəhər sakinləri Əfsanə Məmmədova və oğlu Fuad vurulub. Ana-bala xəstəxanaya yerləşdirilib.