Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizovanın respublikaya qayıdacağı təqdirdə həbs ediləcəyi ilə bağlı yayılan informasiyalar həqiqətə uyğun deyil.
Bu barədə APA-ya açıqlamasında Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib.
O qeyd edib ki, M. Əzizova Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq İdarəsində jurnalist Rauf Mirqədirovun barəsində başlanmış cinayət işi üzrə şahid qismində dindirilib və sərbəst buraxılıb. Lakin bundan sonra o, Leyla Yunusun bilavasitə təhriki ilə respublikanı tərk edib. Burada L.Yunusun əsas məqsədi istintaqın normal gedişatına mane olmaq və istintaqı tamamilə başqa istiqamətə yönəltməkdir.
Qeyd edək ki, M. Əzizova bu gün mətbuata açıqlama verərək həbs təhlükəsi ilə üzləşdiyi üçün ölkədən getdiyini açıqlayıb. Onun hansı ölkədə olduğu məlum deyil.