Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzində “Qütb gecəsi” və “Şimal küləyi” Əks- Kəşfıyyat Əməliyyatları işi üzrə sənədlər yox edilib.
Lent.az-ın general Elçin Quliyev və polkovnik Azər Mehdiyev barəsində olan cinayəti işinin ittiham aktına istinadən məlumatına görə, nazirliyin Maliyyə İdarəsinin hesablamalarında adları keçən bir çox etibarlı şəxslər barəsində “Qütb gecəsi” Əks- Kəşfıyyat Əməliyyatları işi üzrə məlumat almaq mümkün olmayıb.
2013 ildə prezident seçkiləri ərəfəsində “destruktiv qüvvələr mövqeyindən ölkəmizə qarşı aparılan mümkün təxribat pozuculuq əməllərinin aşkarlanması, qarşısının alınması, sənədləşdirilməsi, düşmənə dezinformasiyasının ötürülməsi və əməliyyat oyunlarının aparılması məqsədi ilə” 2011-ci ildə 25 saylı “Şimal küləyi” Əks- Kəşfıyyat Əməliyyatları işi açılıb.
Amma 2013-cü ilin dekabr aynda sabiq nazir Eldar Mahmudovun sanksiyası ilə iş bağlanıb və bütün materiallar məhv edilib. Antiterror Mərkəzinin 1-ci İdarəsinin rəis müavini, polkovnik- leytenant A.Məcidov bu iş üzrə də ayrılmış vəsaiti mərkəzin rəis müavini İlqar Əliyevə təqdim etdiyini bildirib, mahiyyəti üzrə nazirliyin rəhbərliyinin adına raportla müraciət edib.
Raportda bildirilir ki, “Şimal küləyi” Əks- Kəşfıyyat Əməliyyatları işi çərçivəsində 3.791.235 manat, 253.500 ABŞ dolları məbləğində vəsait xərclənib.