AXCP sədri Əli Kərimlinin köməkçisi, "Azadlıq" qəzetinin yayım direktoru Faiq Əmirlinin barəsində olan cinayət işi üzrə məhkəmə keçirilib.
Lent.az-ın məlumatına görə, Səbail rayon Məhkəməsində Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə prokuror F.Əmirliyə 4 il 6 ay azadlıqdan məhrumetmə cəzası istəyib.
Proses iyulun 24-də davam edəcək.
F.Əmirli ötən il avqustun 20-də saxlanılıb. Avqustun 22-də Nəsimi rayon Məhkəməsi onun barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçib. Onun barəsindəki həbs qətimkan qərarının müddəti bir neçə dəfə artırılıb.
O, Cinayət Məcəlləsinin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması), 213-cü (vergidən yayınma) və 308-ci vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham edilir.