Bakı Apellyasiya Məhkəməsində jurnalist Əfqan Muxtarlının ev dustaqlığına buraxılması ilə bağlı verdiyi şikayət üzrə məhkəmə keçirilib.
Lent.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə jurnalistin şikayəti təmin edilməyib.
Səbail rayon məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.
Xatırladaq ki, Əfqan Muxtarlı ev dustaqlığına buraxılma ilə bağlı Səbail rayon Məhkəməsinə müraciət etsə də, məhkəmə bunu təmin etməmişdi.
Qeyd edək ki, DSX-ın yaydığı məlumata əsasən Əfqan Muxtarlı mayın 29-da saat 22.40 radələrində Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 318-ci (Dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (Qaçaqmalçılıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə ittiham irəli sürülüb.
Səbail rayon Məhkəməsinin qərarı ilə Əfqan Muxtarlının barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib, daha sonra isə onun həbs müddəti daha 2 ay uzadılıb