“Əfsuslar olsun ki, bizim problemimizdən biri bəzi işçilərimizin köhnə təfəkkürdə olmasındadır. Mən ilk gündən demişəm ki, mədəniyyət və incəsənət sahəsində çalışan insanlar bu cəmiyyətin qaymaqları olmalıdır. Rayonlarda işləyən mədəniyyət və turizm şöbəsinin rəhbərləri, kitabxana sahibləri cəmiyyətdə sayılan və hörmət edilən insan olmalıdır”.
Lent.az-ın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında nazir Əbülfəs Qarayev bildirib. “Mən istəmirəm ki, mədəniyyət sözü hansısa cinayətdə hallansın, mədəniyyət işçilərin adı hansısa bir cinayət işində çəkilsin. Ancaq əfsuslar olsun ki, bu, oldu. Şəki və Qazax rayonunda çalışan işçilərimiz səhlənkarlıqdan, diqqətsizlikdən, məsuliyyətsizlikdən o vəziyyətə çatdılar ki, onlarla prokurorluq məşğul oldu. Mən belə işçiləri müdafiə etmək niyyətində deyiləm və etməyəcəyəm”.
Əbülfəs Qarayev: “Bəzi işçilərimiz köhnə təfəkkürlüdür”
0
0
0
0