2018-ci ilin yanvar-mart aylarında yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı 2017-ci ilin müvafiq dövrünə nisbətən 5,1 faiz artaraq 786,2 min olub.
Lent.az-ın Dövlət Statistika Komitəsinin hesablamalarına istinadən məlumatına görə, xətaların 50,1 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması (ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz çox), 13,2 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi (47,2 faiz çox), 12,6 faizi dayanma və ya durma qaydalarının pozulması (12,0 faiz çox), 10,4 faizi svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi (4,4 faiz az), 2,6 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması (24,8 faiz az), qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb.
Qaydaların pozulmasına görə 14,2 milyon manat məbləğində cərimələr tətbiq edilib.