Dünyanı gəzdi, Şirvanda maşın vurdu
02 sentyabr 2015 18:16 (UTC +04:00)

Dünyanı gəzdi, Şirvanda maşın vurdu

0
Şirvanda italiyalı velosipedçini avtomobil vurub.

 

APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, hadisə günorta saatlarında köhnə şəhər massivində qeydə alınıb. “Mercedes” markalı, “10 LN 511”  dövlət nömrə nişanlı avtomobil dünya səyahətinə çıxan iki italiyalı velosipedçidən birini - 1982-ci il təvəllüdlü  Pediperi Luka Markonu vurub. Xəsarət alan şəxs Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Velosipedçinin vəziyyəti normaldır, həyatı üçün təhlükə yoxdur.


Faktla bağlı araşdırma aparılır.
 

 

Qeyd edək ki, onlar Milan şəhərindən velosipedlə dünya səyahətinə çıxıblar və dünyanın bir neçə ölkəsindən keçərək Azərbaycana gəliblər.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 341

Oxşar yazılar