Dunya Miyatoviç Bakıda məcburi köçkünlərlə görüşdü
09 iyul 2019 17:04 (UTC +04:00)

Dunya Miyatoviç Bakıda məcburi köçkünlərlə görüşdü

0
 
 
Avropa Şurasının İnsan Haqları üzrə komissarı Dunya Miyatoviç Bakının Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən yataqxanada müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşüb.
 
APA-nın xəbərinə görə, D.Miyatoviç məcburi köçkünlərin yaşayış yerlərinə baxış keçirib, yataqxanadakı vəziyyətlə tanış olub.
 
Qeyd edək ki, iyulun 8-də Azərbaycana gələn D. Miyatoviçin səfəri ayın 12-dək davam edəcək. Səfər zamanı komissarın müxtəlif görüşləri nəzərdə tutulub.
 
Xatırladaq ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.
 
1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.
 
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.
 
1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.
 
Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1045

Oxşar yazılar