Qaçaqmal yolu ilə gətirilən mobil telefonlar aşkarlandı
21 sentyabr 2013 11:13 (UTC +04:00)

Qaçaqmal yolu ilə gətirilən mobil telefonlar aşkarlandı

Hava Nəqliyyatında Baş Gömrük İdarəsində Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Elşən Dəmirova məxsus əl yükünə və baqajlara X-Ray markalı rentgen aparatı ilə gömrük nəzarəti həyata keçirilib. Bu barədə Lent.az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib. Baxış zamanı monitorda mobil telefonların təsvirləri görünüb və bununla əlaqədar vətəndaş şifahi sorğu-sual edilib.

E. Dəmirov çantasında yalnız 4 ədəd mobil telefonun olduğunu bildirərək, oradan 1 ədəd “Samsung  Galaxy SIII” və 3 ədəd “İphone 4S” markalı mobil telefonu çıxarıb gömrük əməkdaşına təqdim edib. Sonra o, gömrük orqanına təqdim etdiyi 4 ədəd mobil telefondan başqa bəyan olunası və gətirilməsi qanunvericiliklə qadağan edilmiş, yaxud məhdudlaşdırılmış malların olmadığını bildirib.

Lakin vətəndaşın çantasına təkrar gömrük baxışı keçirilərkən oradan əlavə olaraq, 1 ədəd “Samsung Galaxy SIII” və 2 ədəd “ İphone 4S” markalı mobil telefon aşkar edilib. E. Dəmirovun digər baqajına gömrük baxışı zamanı isə oradan 1 ədəd “Samsung Galaxy SIII”, 1 ədəd “Samsung Galaxy S4 Zoom” markalı mobil telefon və 8 ədəd mobil telefon aksessuarı aşkar olunub.

Bundan başqa, vətəndaşın üzərində yoxlama zamanı ondan 3  ədəd “İphone 5” markalı mobil telefon aşkar edilib. Daha sonra E. Dəmirova məxsus sellofan paketə baxış keçirilərkən oradan da 8 ədəd mobil telefon üçün boş qutu aşkarlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1575

Oxşar yazılar