Bakıda baş vermiş daha bir dələduzluq əməli ilə bağlı polisə müraciət daxil olub. Lent.az-ın məlumatına görə, 1984-cü ildə Gəncədə anadan olan Mehdiyeva Gülnarə Cahad qızı bildirib ki, keçən ilin 17 dekabr tarixində tanışı, 1986-cı il təvəllüdlü Qədimov Anar Bayram oğluna 750 dollar və 1400 manat pul verib. 31 yaşlı qadın qeyd edib ki, A.Qədimov tez-tez Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə gedib-gəlir və müxtəlif mallar gətirir. Ona pul verməkdə məqsədi isə özü üçün telefon və ətir gətizdirmək olub. Lakin pulu alan tərəf vədinə əməl etməyib və pulu geri qaytarmayıb.
Müraciət əsasında araşdırmalar aparılır.