Sərhəd xidmətinin əsgəri güllə yarasından ölüb
18 dekabr 2015 10:27 (UTC +04:00)

Sərhəd xidmətinin əsgəri güllə yarasından ölüb

0

Dövlət Sərhəd Xidmətinin Göytəpə sərhəd dəstəsinin əsgəri güllələnib. Lent.az Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinə istinadən xəbər verir ki, Cəlilabad rayonu ərazisindəki sərhəd zastavasında sərhəd xidmətində olarkən  2014-cü ilin oktyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış əsgər Yusifov Elnur Şövkət oğlu dekabrın 16-da, saat 15:45 radələrində silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində ona təhkim olunmuş avtomat silahdan açılan təsadüfi atəş nəticəsində vəfat edib.

 

Fakt üzrə Dövlət Sərhəd Xidməti və Respublika Hərbi Prokuror­luğu tərəfindən birgə araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 235

Oxşar yazılar