Azərbaycanda 2012-ci il dövlət büdcəsinin icrası prosesində bəzi maddələr üzrə dürüstləşmə aparılaraq artırıldığı halda, həmin maddələr üzrə icra hətta ilkin büdcə göstəricilərindən də aşağı olub.
APA-nın məlumatına görə, bu barədə Azərbaycan Hesablama Palatasının 2013-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.
Hesabatda bildirilir ki, bu kimi hallar əsasən “Malların (işlərin və xidmətlərin) satın alınması” və “Qeyri-maliyyə aktivlərinin alınması” bölmələrində müşahidə edilib. Bundan əlavə, “Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı (2007-2010-cu illər)” üzrə nəzərdə tutulan vəsait icra edilməyib.
Qeyd edək ki, hesabat aprelin 18-də Milli Məclisdə təqdim olunacaq.