Dostlarının arvadını zorlayanlardan biri tutuldu
06 sentyabr 2013 11:53 (UTC +04:00)

Dostlarının arvadını zorlayanlardan biri tutuldu

Sabunçu rayon 14-cü polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri sentyabrın 4-dən 5-nə keçən gecə Xəzər rayonunun Albalı qəsəbəsində qadını zorlayanlardan biri saxlanılıb.

 

Bu barədə Vesti.Az-a Sabunçu Rayon Polis İdarəsindən məlumat verilib.

 

Qeud edək ki, sentyabrın 4-dən 5-ə keçən gecə, təxminən gecə saat 02:00 radələrində 35 yaşlı Albalı qəsəbə sakini A.M.-nın evinə iki kişi gəlib. Həmin vaxt qadınla yanaşı onun iki azyaşlı övladı evdə olub. Onlar yatıblarmış.

 

Zərərçəkmiş bildirib ki, kişilər ona fiziki güc tətbiq edərək, növbə ilə zorlayıblar.

 

Qadın ona təcavüz edənləri tanıdığını bildirib. O qeyd edib ki, bu şəxslər onun əri ilə tanışdırlar. Onların adı Mübariz və Adildir. Həmin gecə şikayətçinin əri özü evdə olmayıb. O, işlədiyi kafedə qalıbmış.

 

Saxlanılmış Sabunçu rayon sakini, 1988-ci il təvəllüdlü Əsgərov Adil Xəlil oğlu artıq törətdiyi əməli etiraf edib və bildirib ki, qadına içkili vəziyyətdə təcavüz edib. 

 

 Əsgərov istintaqda etiraf edib ki, hadisə barədə ilk olaraq onun əlbir olduğu Mübariz adlı şəxs öyrənib. O, həyəcanlı şəkildə Əsgərova zəng edib və bildirib ki, internetdə onların adlarının çəkildiyi zorlama cinayəti barədə məlumatlar yayılıb. Mübariz narahatlığını bildirib və deyib ki, indi onları yüz faiz tutacaqlar və ona görə də, bir müddət aradan çıxacaq. Beləliklə, ikinci şübhəli gizlənib.

 

Hazırda əməliyyatçılar ikinci şübhəli şəxsin – Mübarizin axtarışlarını davam etdirirlər.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10199
avatar

Oxşar yazılar