
Həkimin iynə vurduğu qadın ölümdən döndü
Cəlilabadda 28 yaşlı qadın stomatoloji kabinetdən reanimasiyaya düşüb.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, Cəlilabad şəhər sakini, 1991-ci il təvəllüdlü Könül Bavədar qızı Şahbazova dişini çəkdirmək üçün stomatoloji məntəqələrdən birinə gedib. Stomatoloq xəstənin dişinin kökünə 3 keyidici iynə vurub. Ancaq dişin çəkilməsi zamanı gənc xanım huşunu itirib. Dərhal Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılan K.Şahbazovanın komaya düşdüyü məlum olub. Həkimlərin müdaxiləsindən bir neçə gün sonra xəstə komadan ayılıb, lakin hazırda onun vəziyyəti ağır olaraq qalır.
İlkin məlumata görə, stomatoloq Musa adlı şəxs olub və onun nə tibbi təhsili, nə də fəaliyyətinə icazə verən lisenziyası var.
Oxşar yazılar

Xəbərdaredici nişan olsaydı, Cümşüd ölməyəcəkdi… – Qurumdan açıqlama-VİDEO
30 iyun 2025 , 21:53
Yekaterinburqda vəhşicəsinə öldürülən azərbaycanlıların qardaşı danışdı-VİDEO
30 iyun 2025 , 21:47
Rusiyada öldürülən qardaşların meyiti yaxınlarına təhvil verildi-VİDEO
30 iyun 2025 , 21:05
Şamaxıda müəmmalı ÖLÜM: ailəsi qadının meyitini tapdı
30 iyun 2025 , 19:33
Perinatal Mərkəzdə 7 körpənin ölümünə görə şöbə müdiri ifadə verdi
30 iyun 2025 , 19:00
Saatlıda su üstündə MÜBAHİSƏ: Əmisini şüşə ilə doğradı
30 iyun 2025 , 18:42"Sputnik Azərbaycan"ın ofisində əməliyyat zamanı saxlanılanların adları
30 iyun 2025 , 18:33