Dibçəkdə narkotik becərənin istəyi baş tutmadı
12 iyun 2015 12:23 (UTC +04:00)

Dibçəkdə narkotik becərənin istəyi baş tutmadı

0

Bakı Apelyasiya Məhkəməsində qanunsuz narkotik maddələrin dövriyyəsində və odlu silah saxlamaqda təqsirləndirilən Fuad Əsədullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Lent.az-ın məlumatına görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayəti üzrə qərar elan edilib. Qərara əsasən F. Əsədullayevin şikayəti təmin edilməyib.

Qeyd edək ki, Binəqədi rayon Xocahəsən qəsəbə sakini, 38 yaşlı Fuad Əsədullayevin yaşadığı evdən İtaliya istehsalı olan 1 ədəd “Parad-117” markalı tapança səs boğucusu ilə birgə tapılaraq götürülüb. Saxlanılan şəxsin üstünə baxış zamanı narkotik maddə olan marixuana da aşkarlanıb. Əməliyyatçılar evdən həmçinin 6 kiloqramdan çox qurudulmuş marixuana da götürüblər. Fuad Əsədullayev ifadəsində bildirib ki, silahı bir neçə ildir əldə edib yaşadığı evdə gizlədib. Narkotik maddəni isə yay aylarında həyətdəki dibçəklərə əkərək becərib.  Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fuad Əsədullayev 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Fuad Əsədullayev apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 205

Oxşar yazılar