Zaqatalada xüsusi əməliyyat: 6 nəfər saxlanıldı - YENİLƏNİB
03 may 2016 13:29 (UTC +04:00)

Zaqatalada xüsusi əməliyyat: 6 nəfər saxlanıldı - YENİLƏNİB

0

 

Daxili İşlər Nazirliyi , Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluq Zaqatalada saxlanılan şəxslərlə bağlı birgə məlumat yayıb.

 

Nazirlikdən Lent.az-a daxil olan məlumatda deyilir: "Bölgədə dini dözümsüzlük və bölücülük meylləri yayan, vətəndaşları hədə-qorxu və digər zorakı üsullarla öz sıralarına cəlb etməyə çalışan, əhali arasında pozuculuq işləri aparan Zaqatala rayon sakinləri  Elşad Musayev, Abakar Qazıyev, İslam Ağalarov, Vüqar Cəbrayılov, Bəşir Həmzəyev və Vaqif Padarov saxlanılıblar".

 

Məlumatda o da bildirilir ki, onların üzərlərinə və yaşadıqları ünvanlara baxış zamanı onlardan 2 ədəd avtomat silahı, 2 tapança, 13 əl qumbarası, 310 ədəd müxtəlif çaplı patron, 5 trotil şaşkası, həmçinin  təbliği və yayılması qanunla qadağan edilmiş xeyli sayda dini ədəbiyyat aşkar edilərək götürülüb.

 

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

 

Mütəşəkkil dəstənin cinayətkar əlaqələrinin ifşası, habelə, digər üzvlərinin müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

        

 

11:17

 

****

Daxili İşlər Nazirliyinin keçirdiyi əməliyyat zamanı Zaqatalada tutulan şəxslərin adları məlum olub.

 

APA-nın əldə etdiyi məlumata görə, saxlanılan şəxslər rayon sakinləri - Vaqif Padarov, Vüqar, Əbdürrəhman və İslam adlı şəxslərdir.

 

Polis onların yaşadıqları evdə axtarış aparıb, bir neçəsinin evindən silah-sursat götürülüb.

 

Saxlanılan şəxslərin vəhhabi təriqətinin üzvü olduğu ehtimal olunur.

 

***

 

10:59

 

Daxili İşlər Nazirliyi Zaqatalada xüsusi əməliyyat keçirir.

 

APA-nın məlumatına görə, əməliyyat bir neçə gün əvvəl sahə müvəkkili, 1971-ci il təvəllüdlü Rövşən Sadəddin oğlu Baliyevin iş otağında baş verən partlayışla bağlı keçirilir.

APA-nın əldə etdiyi məlumata görə, artıq bir neçə nəfər saxlanılıb. Saxlanılanlar arasında vəhhabi təriqətinin üzvü olduğu ehtimal olunan şəxslər də var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 354

Oxşar yazılar