Daxili İşlər Nazirliyi dünən Əmircan qəsəbəsində baş vermiş çökmə hadisəsi ilə bağlı məlumat yayıb.
Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, yanvarın 26-da Suraxanı rayonunun Əmircan qəsəbəsində Bakı şəhər sakinləri Elşad Abdullayev və Bəhruz Abdullayev istifadə olunmayan mağazanın dam örtüyünü qardan təmizləyərkən dam çöküb. Nəticədə E.Abdullayev və B.Abdullayev xəstəxanaya yerləşdirilib.
Araşdırma aparılır.