Daxili İşlər Nazirliyi Sumqayıtda törədilmiş qətllə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 24-də Sumqayıt şəhəri 9-cu mikrorayonda yaşayan Səmayə Nəcəfovanın mənzilində kirayəşini, Oğuz rayon sakini Səriyyə Ramazanova münaqişə zəminində ona bıçaqla xəsarətlər yetirib. S.Nəcəfova hadisə yerində ölüb.
Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Ramazanova tutulub.
Qeyd edək ki, S.Ramazanova universitet tələbəsi olub.