DİN-dən mitinqlə bağlı münasibət
18 avqust 2013 20:59 (UTC +04:00)

DİN-dən mitinqlə bağlı münasibət

Daxili İşlər Nazirliyi bu gün Bakıda keçirilən aksiyaya münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən APA-ya bildirilib ki, aksiya insidentsiz ötüşüb: “Bu gün özlərini Demokratik Qüvvələrin Milli Şurasını adlandıran təşkilat Bayıldakı 20-ci sahədə yerləşən sürücülük məktəbinin həyətində Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış aksiya keçirib. Aksiya insidentsiz ötüşüb. Aksiyanın keçirildiyi zaman ictimai asayişin və hüquq qaydasının kobud pozulması hallarına yol verilməyib”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1937
avatar

Oxşar yazılar