DİN Xaçmazdakı qəza ilə bağlı məlumat yaydı
16 may 2013 12:48 (UTC +04:00)

DİN Xaçmazdakı qəza ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi mayın 16-na keçən gecə Xaçmaz rayonunda baş vermiş dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə. mayın 16-da saat 01.00 radələrində Xaçmaz rayonunun Çarxı kəndi ərazisində Quba rayon sakini Natiq Vahidinin idarə etdiyi "VAZ-2101" markalı və Salyan rayon sakini Amid Abbasovun idarə etdiyi "QAZel" markalı avtomaşınlar toqquşub. Nəticədə N.Vahidi və sərnişinləri, Quba rayon sakinləri Hikmət Vahabov, Qismət Vahabov və Nəzər Babayev hadisə yerində ölüb.

 

Xəsarət almış A.Abbasov və sərnişini, Salyan rayon sakini Müseyib Əhmədli isə xəstəxanaya yerləşdirilib.    BDYPİ tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 614
avatar

Oxşar yazılar