Daxili İşlər Nazirliyi Bakıda qadının öz evində yanaraq ölməsi hadisəsi ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, sentyabrın 23-də saat 15.00 radələrində Yasamal rayonu R.Tağıyev küçəsi ev 86-da yaşayan Kifayət Mütəllimovaya məxsus 1 mərtəbəli 2 otaqlı fərdi evdə yanğın baş verib. Nəticədə 2 kvadrat metr sahədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb. Yanğın söndürüldükdən sonra isə K.Mütəllimovanın tüstüdən boğulmuş meyiti tapılıb.
Faktla bağlı müvafiq qurumlar araşdırmalar aparır.