Daxili İşlər Nazirliyi İmişli rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, avqustun 22-də İmişli rayonunda, rayon sakini Davud Abbasov münaqişə zəminində ov tüfəngindən atəş açaraq “Azəriqaz” İstehsalat Birliyinin İmişli Qaz İstismar Sahəsinin çilingəri Mübariz Fərəcovu, sonra isə özünü öldürüb.
Hadisə yerindən 1 ədəd ov tüfəngi götürülmüşdür.