Daxili İşlər Nazirliyi Bakıda törədilmiş qətl hadisəsi ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, avqustun 29-da Suraxanı rayonunun Əmircan qəsəbəsində qəsəbə sakini İbrahim Dadaşov münaqişə zəminində həmyerliləri Elşən İsrafilova və onun qardaşı Elçinə bıçaqla xəsarət yetirib. Xəstəxanaya yerləşdirilmiş Elşən orada ölüb.
İ.Dadaşov könüllü olaraq 31-ci PB-yə gələrək istintaqa təslim olub.