DİN son qətllərlə bağlı məlumat yaydı
04 iyul 2013 15:24 (UTC +04:00)

DİN son qətllərlə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi iyulun 3-də ölkə ərazisində törədilmiş müxtəlif qətl hadisələri ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, iyulun 3-də Balakən rayonunun Tülü kəndi ərazisində naməlum şəxs ov tüfəngindən atəş açaraq kənd sakinləri Bəxtiyar Qurbanovu qətlə yetirib, onun qardaşı Şahini isə yaralayıb. Balakən RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş İtitala kənd sakini Qasım Mahmayev tutulub və ondan 1 ədəd ov tüfəngi götürülüb.

 

- İyulun 3-də Binəqədi rayonu 28 May qəsəbəsində, orada yaşayan Babagül Məmmədəliyev ailə-məişət münaqişəsi zəminində bıçaqla arvadı Xalidəni qətlə yetirib. Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində B.Məmmədəliyev tutulub.

 

- Qaradağ rayonu B.Niftəliyev küçəsində, orada yaşayan Şahin Vəliyevin boğaz nahiyəsində bıçaq xəsarəti olan meyiti tapılıb. Qaradağ RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

 

- Xaçmaz rayonunun Hülövlü kəndi ərazisində kənd sakini, ruhi xəstə Tamerlan Nizamov ailə-məişət münaqişəsi zəminində bıçaqla qardaşı Nizamini öldürüb, atası Eynullaya isə xəsarət yetirib hadisə yerindən

# 2350
avatar

Oxşar yazılar