Daxili İşlər Nazirliyi noyabrın 26-da Gəncədə baş vermiş avtobus qəzası ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, saat 15 radələrində Gəncə şəhərində Daşkəsən rayon sakini Azər Məmmədov idarə etdiyi “Mercedes” markalı avtobusu şəhər sakini İlham Babayevə məxsus evin divarına vurub. Nəticədə evin divarının bir hissəsi uçub 18 sərnişin xəstəxanaya yerləşdirilmişdir. Onlardan 4 nəfərinin vəziyyəti orta-ağır, digərlərinə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Nizami (Gəncə) RPİ tərəfindən araşdırma aparılır.