Daxili İşlər Nazirliyi Müsavat Partiyasının başqanı İsa Qəmbərin və tərəfdarlarının yanvarın 13-də Lənkəranda hücuma məruz qalmasına münasibət bildirib. DİN mətbuat xidmətinin rəis müavini, polkovnik Ehsan Zahidov Lent.az-a bildirib ki, məsələ ilə bağlı nazirliyin 102 zəng xidmətinə müraciət olunub. Müraciət qanuna müvafiq olaraq qeydiyyata alınıb və orada göstərilən xüsusatlar araşdırılır. Araşdırmanın nəticəsindən asılı olaraq qərar qəbul ediləcək: “Yanvarın 13-də partiya başqanı və ətrafında olan bir neçə şəxs günorta saat 14:30 radələrində Lənkəran rayonunun Göyşaban kəndinin ərazisində olarkən, əsasən qadınlardan ibarət bir qrup rayon sakininin ciddi etirazı ilə qarşılaşıb. Həmin qadınların ciddi narazılıq və nifrətini görən partiya başqanı təcili rayon ərazisini tərk edib. Bu zaman bəzi mətbuat orqanlarının iddia etdiyi kimi zərərçəkən, xəsarət alan olmayıb. Hazırda aidiyyəti üzrə araşdırma aparılır”.

DİN: “İsa Qəmbərə hücumla bağlı araşdırma aparılır”
Oxşar yazılar

Daha bir əməliyyat rəzaləti: Xəstənin çılpaq görüntüləri yayıldı -VİDEO
19 avqust 2025 , 15:31
Bakıda qəza zamanı işıqfor qırıldı
19 avqust 2025 , 14:04
İt 64 yaşlı sahibini parçaladı
19 avqust 2025 , 13:43
Azərbaycan diasporunun rəhbəri Rusiya vətəndaşlığından məhrum olundu
19 avqust 2025 , 13:14Goranboyda məktəbli itkin düşdü
19 avqust 2025 , 13:01
Mətbuat katibini təhqir edən kanal rəhbəri HƏBS OLUNDU
19 avqust 2025 , 12:49
Lənkəranda gənc oğlan göldə boğuldu
19 avqust 2025 , 12:34