DİN-də Kollegiya iclası
28 yanvar 2013 14:54 (UTC +04:00)

DİN-də Kollegiya iclası

Daxili İşlər Nazirliyində (DİN) 2012-ci ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.


 

DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclası giriş sözü ilə açan daxili işlər naziri, general-polkovnik Ramil Usubov bildirib ki, ictimai asayiş, vətəndaşların qanuni mənafeləri əvvəlki dövrlərdə olduğu kimi ötən il də etibarlı qorunub, qarşıda duran vəzifələr vaxtında və tam yerinə yetirilib.

 

Hesabat məruzəsi ilə çıxış edən nazir deyib ki, Azərbaycan cinayətkarlıqla mübarizənin nəticələrinə görə 2012-ci ildə də MDB və Şərqi Avropa məkanında tutduğu öncül mövqeyi qoruyub saxlayıb, əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı azalaraq 266-dan 236-ya enib.  Hesabat dövründə bütün subyektlər üzrə qeydə alınmış 21.897 cinayətin 94%-i və ya 20.675-i daxili işlər və prokurorluq orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər olub. Onların 88%-ni böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 12%-ni ağır və xüsusilə ağır növlər təşkil edib.  Prokurorluq orqanları ilə birgə, keçmiş illərdən bağlı qalmış 379, o cümlədən 81 ağır və xüsusilə ağır cinayətin açılması təmin edilib.

 

Cinayətlərin profilaktikasında, hüquqazidd əməllərə məruz qalmış şəxslərin həyat və sağlamlığının müdafiəsində, bu sahədə operativ tədbirlərin görülməsində müasir texniki vasitələrin və informasiya texnologiyalarının da böyük rolu olub. Təkcə “102” xidmətinə daxil olan məlumatlar əsasında 8502 hüquqazidd əməlin qarşısı alınıb, 2051 cinayət işi başlanıb. “Təhlükəsiz şəhər” xidmətinin texniki imkanları sayəsində 61 cinayət açılıb, 6656 yol-nəqliyyat qəzası, piyadaların vurulması ilə nəticələnən 111 hadisə aşkarlanıb, axtarışda olan 66 avtomobil saxlanılıb. Vahid məlumat-axtarış sistemi vasitəsilə məhkumluq, təqsirləndirilən şəxslər, avtonəqliyyat vasitələri, odlu silahlar və s. haqqında 455 minə yaxın sorğu cavablandırılmış, axtarılan 875 şəxs müəyyən edilib.

 

Qeyd olunub ki, törədilmiş əmələ görə cəzanın labüdlüyünün təmini istiqamətində həyata keçirilən davamlı tədbirlərlə müxtəlif cinayətlər törətmiş 12.526 nəfər məhkəmə məsuliyyətinə cəlb edilib. Təqsirləndirilən şəxslərin axtarışı işinin nəticələri də yaxşılaşmaqla istintaqdan və məhkəmələrdən yayınan 2148 nəfər tutulub. İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş 71 nəfərin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 27 şəxsin yeri müəyyən olunub. Bütövlükdə axtarışa elan edilmiş şəxslərin 67,4%-i tutulub.

 

Bildirilib ki, mütəşəkkil cinayətkarlığa qarşı aparılan mübarizə də sistemli xarakter daşıyıb, həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri ilə 649 ağır və xüsusilə ağır cinayət, o cümlədən 15 qəsdən adam öldürmə, 61 quldurluq və 56 soyğunçuluq törətmiş 564 nəfərdən ibarət 200 cinayətkar qrup və dəstə zərərsizləşdirilib. Əllərdə saxlanılan 713 odlu silah və 35 minə yaxın patron götürülüb, qanunsuz olaraq odlu silah saxlama və daşıma cinayətlərinə görə 100 nəfər məsuliyyətə cəlb olunub. Nəticədə odlu silahla törədilən cinayətlərin sayı 57 fakt təşkil etməklə 2011-ci illə müqayisədə 22% azalıb. Dövlətin iqtisadi təhlükəsizliyinin qorunması sahəsində həyata keçirilən əməliyyat tədbirləri nəticəsində 12 saxta pul hazırlama və satma cinayəti aşkarlanaraq  qeyri-leqal dövriyyədən ümumi məbləği 270 min manat olan 3011 ədəd saxta əsginas çıxarılıb.

 

Qeyd olunub ki, transmilli mütəşəkkil cinayətlərdən olan narkotraffikə və insan alverinə qarşı mübarizədə həyata keçirilən tədbirlər də məqsədyönlü olub. Narkotiklərlə əlaqədar 2453 cinayət, o cümlədən satışı ilə bağlı 713 fakt aşkarlanmış, 126 nəfərdən ibarət 51 cinayətkar qrup və dəstə zərərsizləşdirilib. Qanunsuz dövriyyədən 596 kiloqram narkotik vasitə və 50 kq prekursor çıxarılıb,  54,9 kq narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb. Tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyasının və yabanı halda yayılmasının profilaktikası yönümündə xüsusi əməliyyat planı üzrə keçirilmiş tədbirlərlə ümumi çəkisi 313 ton olan çətənə və  xaş-xaş kolu aşkarlanaraq yaşıl kütlə halında məhv edilib. İnsan alverinə qarşı Milli Fəaliyyət Planı əsasında həyata keçirilən əməliyyat tədbirləri ilə 29 faiz çox, yəni 89 cinayət faktı müəyyən olunaraq 22 nəfər məsuliyyətə cəlb edilmiş, 8 cinayətkar qrup zərərsizləşdirilib. Bu əməllərin qurbanı olmuş 53 şəxsin cəmiyyətə reinteqrasiyası təmin edilib.

 

Cinayətlərin açılmasında, vətəndaşların qanunun aliliyinə inamının möhkəmləndirilməsində başlıca rol oynayan istintaq və təhqiqat qurumları əməkdaşlarının fəaliyyəti də qənaətbəxş olub. 2011-ci illə müqayisədə müstəntiqlərin istintaqını apardığı cinayət işlərinin sayı 4% artaraq 21.330 təşkil edib. Vətəndaşlara və dövlətə dəymiş 32 milyon 658 min manat maddi ziyandan 85 faizi ödətdirilib ki, bu da müqayisə edilən dövrə nisbətdə 11,3% çoxdur.

 

O da bildirilib ki, hesabat ilində vətəndaşlardan nazirliyə 37.819, o cümlədən elektron poçt ünvanına 7803 müraciət daxil olub. Hesabat dövründə şikayətlərin sayı 2011-ci illə müqayisədə 2,5 dəfə, o cümlədən polis əməkdaşları barədə olanlar 26%, habelə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına edilən analoji şikayətlər 19%, İnsan Hüquqları üzrə Müvəkkilə ünvanlanmış müraciətlər 2 dəfə azalıb.


Məruzədə nəzərə çatdırılıb ki, respublika üzrə insan hüquq və azadlıqlarının pozulması hallarının sayı 2011-ci illə müqayisədə əsasən sabit qalmış, paytaxtda isə 33,6% azalıb. Eyni zamanda, əsassız saxlamalar 19%, əsassız gətirmələr 16% az olub, işgəncə vermə, qanunsuz axtarış aparma, tabel silahını qanunsuz tətbiq etmə halları qeydə alınmayıb.

 

Məruzədə əldə olunmuş uğurlarla bərabər xidməti fəaliyyətdə olan nöqsan və çatışmazlıqları da nəzərə çatdıran nazir Kollegiya iştirakçılarının diqqətini onların hərtərəfli təhlilinə, aradan qaldırılması yollarına, həmçinin qarşıda duran vəzifələrə yönəldib.

 

Prezidentinin Administrasiyasının Hüquq-Mühafizə Orqanları ilə İş Şöbəsinin müdiri Fuad Ələsgərov çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkədə  hüquqi islahatların, böyük infrastruktur layihələrinin və sosial proqramların uğurla həyata  keçirildiyini xatırladıb, respublikamızda gedən quruculuq, inkişaf proseslərində mühüm amillərdən olan sabitliyin, təhlükəsizliyin təminində daxili işlər orqanlarının şəxsi heyətinin də böyük əməyi olduğunu, eyni zamanda, aidiyyatı Dövlət Proqramlarından, Milli Fəaliyyət Planlarından irəli gələn vəzifələrin lazımi səviyyədə icra olunduğunu, cinayətkarlıqla mübarizə, asayişin qorunması sahəsində bir sıra uğurlar əldə edildiyini vurğulayıb.

 

Məruzə ətrafı müzakirələrdə çıxış edən Naxçıvan MR-in daxili işlər naziri Ə.Əhmədov, Bakı şəhər Baş Polis İdarəsinin rəisi R.Abbasov, Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi S.Mehrəliyev və başqaları hesabat dövründə görülmüş işlərdən və buraxılmış nöqsanlardan danışaraq, çatışmazlıqların cari ilin birinci rübündə aradan qaldırılması üçün təsirli tədbirlərin görüləcəyini bildiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1326
avatar

Oxşar yazılar

Qubada evdə partlayış -  Yaralanan var -YENİLƏNİB

Qubada evdə partlayış - Yaralanan var-YENİLƏNİB

15 dekabr 2024 , 15:07
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46