DİN-də geniş kollegiya iclası keçirilib
30 sentyabr 2013 18:21 (UTC +04:00)

DİN-də geniş kollegiya iclası keçirilib

Sentyabrın 30-da Daxili İşlər Nazirliyində "Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam və tapşırıqlarının icrası"nın və "Cinayətkarlıqla mübarizədə bayır xidmətinin rolunun artırılması sahəsində görülən işlərin vəziyyəti"nə həsr olunmuş geniş kollegiya iclası keçirilib. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov müzakirəyə çıxarılan hər iki məsələnin aktual olduğunu, nazirlik sistemində əməliyyat-xidməti fəaliyyətin təşkilində mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Gündəlikdəki birinci məsələ ilə əlaqədar nazir müavini – Baş Təşkilat-İnspeksiya İdarəsinin rəisi, polis general-mayoru Fazil Quliyev çıxış edib. bildirilib ki, «Açıq Hökumətin təşviqinə dair» Milli Fəaliyyət Planına uyğun olaraq, informasiya azadlığı üzrə məsul şəxs müəyyən edilmiş, habelə Nazirliyin və onun struktur qurumlarının internet saytlarında xidməti fəaliyyətdə şəffaflığın artırılması, vətəndaşların hüquqi maarifləndirilməsi üzrə görülmüş işlər, aidiyyəti qanunvericilik aktları, göstəriləcək elektron xidmətlər barədə məlumatlar yerləşdirilib. Planın icrası çərçivəsində 2012-ci ildə və cari ilin 6 ayında nazirliyin və struktur qurumların rəhbərliyi tərəfindən 8.400, ərazi polis orqanlarının rəisləri tərəfindən 97.018 vətəndaş qəbul edilib. Ümumilikdə, 105 mindən çox ərizə və şikayət nəzarətə götürülərək ətraflı və operativ araşdırılıb, təşəbbüskarlara dolğun yazılı cavablar verilib, hüquqları izah olunub. Korrupsiyaya şərait yaradan halların aradan qaldırılması ilə bağlı ölkə başçısının tapşırıqları da gündəlik nəzarətdə olub, bu istiqamətdə bir sıra işlər görülüb, qarşıda duran vəzifələri müəyyən edən müvafiq əmr və göstərişlər hazırlanıb icraya yönəldilib.

 

Gündəlikdəki ikinci məsələ barədə məruzə ilə çıxış edən Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Cavanşir Məmmədov deyib ki, bayır xidməti əməkdaşlarının ictimai asayişin etibarlı qorunmasında, beynəlxalq və respublika əhəmiyyətli tədbirlər zamanı təhlükəsizliyin təmin edilməsində böyük rolu olub. İctimai yerlərdə hüquqpozmaların profilaktikası sahəsində həyata keçirilən tədbirlər çərçivəsində təkcə cari ilin 6 ayında post-patrul xidmətinin əməkdaşları tərəfindən 17 mindən çox şəxs, o cümlədən xırda xuliqanlığa görə 2130 nəfər polis orqanlarına gətirilərək inzibati məsuliyyətə cəlb olunub. Həyata keçirilən bu və digər tədbirlər cinayətkarlıqla mübarizə işinə öz müsbət təsirini göstərib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ictimai yerlərdə qeydə alınmış cinayətlərin sayı 7,2 faiz azalıb.

 

Hər iki məruzə ətrafında çıxış edənlər görülən işlərdən, buraxılmış nöqsan və çatışmazlıqlardan danışıb, onların qısa zamanda aradan qaldırılması üçün təsirli tədbirlərin həyata keçiriləcəyini bildiriblər. İclasa yekun vuran daxili işlər naziri, general-polkovnik Ramil Usubov gündəlikdəki məsələlər üzrə bütövlükdə fəaliyyətin qənaətbəxş olduğunu, eyni zamanda, müəyyən nöqsan və çatışmazlıqların mövcudluğunu da qeyd edərək qısa müddətdə əsaslı dönüş yaradılmasını tələb edib, konkret tapşırıq və tövsiyələrini verib. O, xüsusilə vurğulayıb ki, Azərbaycan prezidentinin fərman, sərəncam və tapşırıqlarının icrası nazirlik sistemində fəaliyyətin modernləşməsi, müasir tələblər səviyyəsinə yüksəlməsi ilə səciyyəvi olub, ictimai asayişin təmini və sosial funksiyaların maksimal səmərəli modelini yaratmağa imkan verib. Nazirliyin hər bir struktur qurumunun və ərazi orqanı rəisinin möhtərəm dövlət başçısının fərman, sərəncam və tapşırıqlarının icrasına şəxsən cavabdehlik və bu işin təşkilinə görə məsuliyyət daşıdığını xatırladan cənab Ramil Usubov strateji əhəmiyyətli məsələləri əhatə edən bu işin ən yüksək səviyyədə icrasına təminat verən nəzarət sisteminin yaradılmasının əhəmiyyətini xüsusi qeyd edib. Nazir əhali ilə bilavasitə təmasda  olan, polis haqqında ictimai rəyin formalaşdırılmasında mühüm rola malik bayır xidməti əməkdaşlarının asayişin təmin edilməsində, cinayətlərin qarşısının alınmasında və açılmasında, axtarışda olan şəxslərin tutulmasında böyük əməyi olduğunu bir daha xatırladaraq ərazi polis orqanlarının rəislərindən vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılmasını, araşdırmaların gedişinin ciddi nəzarətdə saxlanılmasını, onlarla hər zaman nəzakətli rəftar edilməsini, uçot-intizam qaydalarına ciddi riayət olunmasını, korrupsiya hüquqpozmalarına qarşı kəsərli tədbirlər görülməsini tələb edib. Daxili işlər naziri əmin olduğunu bildirib ki, şəxsi heyət cinayətkarlığa qarşı qətiyyətli mübarizə, ictimai asayişin təmini sahəsində qanunla müəyyən edilmiş vəzifələri, qarşıya qoyulan bütün tapşırıqları bundan sonra da əzmlə yerinə yetirəcək, ölkə iqtisadiyyatının dinamik inkişafının əsas şərtlərindən olan sabitliyin, əmin-amanlığın, habelə dövlətin və vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması üçün qüvvə və bacarığını əsirgəməyəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2103
avatar

Oxşar yazılar

Qubada "Lexus" dərəyə aşdı:  Ölən və yaralananlar var

Qubada "Lexus" dərəyə aşdı: Ölən və yaralananlar var

15 dekabr 2024 , 20:47
İki qardaş qəzaya düşdü

İki qardaş qəzaya düşdü

15 dekabr 2024 , 19:11
Qubada evdə partlayış -  Yaralanan var -YENİLƏNİB

Qubada evdə partlayış - Yaralanan var-YENİLƏNİB

15 dekabr 2024 , 15:07
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26