Dənizkənarı Milli Parkda intihar edən şəxsin fotosu yayıldı
02 yanvar 2015 13:01 (UTC +04:00)

Dənizkənarı Milli Parkda intihar edən şəxsin fotosu yayıldı

0

 

Ötən gün özünü dənizə atan şəxsin fotoları yayılıb.

 

Səbail Rayon Prokurorluğunun müstəntiqi Elşən Məmmədovun APA-ya verdiyi  məlumata görə, ötən gün Milli Parkda özünü dənizə ataraq intihar edən qadının kimliyini müəyyənləşdirmək hələlik mümkün olmayıb.

 

Meyitə ilkin baxış zamanı onun boyu 1 metr 62 sm olduğu məlum olub və əynində qara rəngli xəz, qara palıd rəngli kişi ayaqqabısı, qara uzunqol köynək və boğazından boyunbağıya taxılmış Quran aşkar edilib.

 

Şəkildə olan şəxsi tanıyanlardan Səbail Rayon Polis İdarəsinin növbətçi hissəsinə 437-02-02 və 39-cu Polis bölməsinə 498-02-02 nömrəli telefonlara zəng vurmaları xahiş edilir.

 

 

***

 

22:01
 
Yanvarın 1-də Dənizkənarı Milli Parkda intihar olub.

 

APA-nın  Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, özünü dənizə atmış şəxsin meyiti xilasedicilər tərəfindən sudan çıxarılaraq, aidiyyəti üzrə təhvil verilib.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 217

Oxşar yazılar