
Dənizdə meyiti tapılan kişinin ölüm səbəbi bilindi
0
0
İyunun 26-da Sumqayıtda dənizdə meyiti tapılan kişinin şəxsiyyəti müəyyənləşib.
Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, bu, 1961-ci il təvəllüdlü Valeri Viktoroviç Ponomrenkodur. Onun intihar etdiyi bildirilir.
Qeyd edək ki, iyunun 26-da Sumqayıtda dənizdə kişi meyiti tapılıb.
Orta yaşlarında kişi meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun axtarışları nəticəsində aşkar olunub.
Xatırladaq ki, həmin şəxs iyunun 24-də dənizdə batmışdı.
0
0