Sumqayıtda bədbəxt hadisə baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, yanvarın 26-da Ağdaş rayon sakini Xalid Yusifli Sumqayıt şəhərində kirayədə yaşadığı mənzildə dəm qazından boğulub. Onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.