Bu gün dələduzluqda təqsirləndirilən Alim Rzayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə A.Rzayev 8 il 8 ay 18 gün müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində Cinayət Məcəlləsinin 70-ci(şərti cəza) tədbiq edilib. A.Rzayev istintaq dövründə ev dustaqlığında olub. Onun barəsində 1 il sınaq müddəti təyin edilib.
Qeyd edək ki, A.Rzayev işədüzəltmə adı ilə tanışından 20 min manat alıb qaytarmayıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilir. İstintaq dövründə dəymiş zərər ödənilib