Dələduzluqda təqsirləndirilən keçmiş rəis müavini bəraət aldı
15 mart 2017 14:27 (UTC +04:00)

Dələduzluqda təqsirləndirilən keçmiş rəis müavini bəraət aldı

0

Məhkəmə sabiq polis mayoruna bəraət verilib

 

Dələduzluqda təqsirləndirilən sabiq polis rəisi müavini  Nazim Hüseynovun apellyasiya şikayətinə baxılıb.

 

Bu barədə Lent.az-a vəkil Adəm Məmmədov məlumat verib.

 

Onun sözlərinə görə, Sumqayıt Apellyasiya Məhkəməsində hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, məhkəmə onun barəsində bəraət hökmü çıxarıb.

 

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə sabiq polis mayoru (Bakı şəhərində olan Polis Bölmələrindən birinin sabiq rəis müavini) N.Hüseynovu Cinayət aməcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsilə təqsirli bilərək 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 270

Oxşar yazılar