Bu gün dələduzluqda təqsirli bilinən 1987-ci il təvəllüdlü Vasif Çərkəzov və Vüqar Məcidovun cinayət işi üzrə məhkəmə başa çatıb.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kolıegiyasının hökmünə əsasən onlara Cinayət Məcəlləsinin 70-ci maddəsi(şərti) tətbiq edilib və onlar məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, hər iki şəxs vətəndaş etimadını qazanaraq dələduzluq edib. Zərərçəkmiş şəxslərin şikayəti əsasında onlar barəsində saxlanma qərarı verilib. Onlara Cinayət Məcəlləsinin 178.3.2( külli miqdarda dələduzluq) maddəsi ilə ittiham verilib. Məhkəmə istintaqı dövründə zərərçəkənlərə dəymiş ziyan ödənilib.