Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən İlqar Tağıyev və Tofiq Əliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Lent.az-ın məlumatına görə, hakim Firkət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən İlqar Tağıyev 10il,Tofiq Əliyev isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hər iki şəxs şəhər sakinlərin etimadını qazanaraq onlardan külli miqdarda pul alıblar. Onlar vədlərinə əməl etməyib. Zərərçəkənlər məsələ ilə polisə müraciət edib. Polis əməkdaşları hər iki şəxs tərəfindən saxlanıb.