Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Arif Nuriyevin cinayət işi üzrə məhkəməsi başa çatıb.
Lent.az-ın məlumatına görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmünə əsasən A.Nuriyev 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, A.Nuriyev vətəndaşlara qarşı külli miqdarda dələduzluq etməkdə təqsirli bilinib. O, zərəçəkmişlərin şikayəti əsasında polis əməkdaşları tərfindən saxlanılıb.
A.Nuriyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olub.