Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 1954-cü il təvəllüdlü Zərxanım Məmmədovanın cinayət işi üzrə məhkəməsi başa çatıb.
Lent.az-ın məlumatına görə. hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Z.Məmmədova 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Z.Məmmədova ötən il dələduzluqda təqsirli bilinərək, Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.