Dələduz qadın məhkəmə zalından azadlığa buraxıldı
26 may 2015 12:28 (UTC +04:00)

Dələduz qadın məhkəmə zalından azadlığa buraxıldı

 Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Rəhilə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Lent.az-ın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən R. Əliyevanın barəsində Cinayət Məcəlləsinin 70-ci (cəzanın şərti hesab olunması) tətbiq olunub və o, 3 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilib.

 

Həbsdə olan R. Əliyeva məhkəmə zalından azadlığa buraxılıb.

 

Qeyd edək ki, R. Əliyeva Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə əsasən ittiham edilir. O, vətəndaşların etibarından istifadə etməklə qızıl-zinət əşyaları mənimsəyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 106
avatar

Səlcuq Elçin

Oxşar yazılar