Dələduz məhkəmə zalında həbs edildi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Etibar Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər Kollegiyasının qərarı ilə E. Əliyev barəsində seçilmiş ev dustaqlığı dəyişdirilərək, həbs-qəti imkan tədbiri seçilərək , 7il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalından həbs edilib.
Qeyd edək ki, Etibar Əliyev Bakıda bir neçə şəxsin nüfuzunu qazanıb. O, kirayəyə götürdüyü məişət əşyaları sataraq dələduzluq edib.
175