<b>Nazir müavininin adından istifadə edən şəxs:</b> <span style="color:red;">"Ona deyin, məndən kitab yazsın"
02 noyabr 2016 15:35 (UTC +04:00)

Nazir müavininin adından istifadə edən şəxs: "Ona deyin, məndən kitab yazsın"

 

Bakıda vəzifəli şəxslərə qarşı dələduzluqda təqsirləndirilən Alim İbrahimov və Tərlan Comərdov cinayət işi üzrə məhkəmə davam edib.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salamovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində  Adil Həsənov  dindirilib.

 

Adil Həsənov deyib ki, bina tikintisi ilə məşğul olub: “Tərlan dostumun tanışı idi. Ev tikərkən vergi ödənişləri ilə bağlı problemlər yarandı. Tərlana müraciət etdik. O, bu işi həll edə biləcəyini dedi. Biz qanun çərçivəsində işlərin həll olunmasının tərəfdarıydıq. Bizim başımız çıxmırdı, ona görə Tərlana güvəndik. O, məni bir nəfərlə tanış elədi. Dedi ki, bu, vergilər nazirinin müavininin müşaviridir. Bütün vergi söhbətlərini həll edəcək. İnanıb, ümumilikdə 123 min pul vermişəm”.

 

Təqsirləndirilən şəxs Alim İbrahimov zərərçəkmişin ifadəsi zamanı gülərək “imkan olsa, yazıçı Çingiz Abdullayevə deyin, məndən kitab yazsın” deyib.

 

Adil Həsənovdan sonra zərərçəkmiş şəxs qismində Fikrət İbrahimov da ifadə verib.

 

O bildirib ki,  hüquq-mühafizə orqanlarının sabiq əməkdaşı olub. F. İbrahimov təqsirləndiriləndən Alim İbrahimovu tanıdığını deyib: “Mən onu tanıyanda özünü mənə çox yüksək vəzifəli şəxsin mühafizəçilərinin rəisi kimi təqdim etdi. Mən də düşündüm ki, ondan xahiş edim, həmin şəxsin tikinti şirkətinə lazım olan qapı-pəncərələri bizdən alsınlar. Bu da razılaşdı. Ondan şübhələnmədim. Çünki çox suallar verirdim, bəzi adamlar haqda soruşurdum. Elə konkret və dəqiq cavablar verirdi ki, inanmırdım ki, yalan desin. Alimə  94 minlik tikinti malları verdim. Pulumu vermədi. Vaxt keçdi, Alim aradan çıxdı. Sonradan dost-tanış vasitəsi ilə onu tapdım. Pulun bir hissəsini geri aldım. Mənə 28 min borcu qaldı”.

 

Təqsirləndirilən Alim İbrahimov bildirib ki, zərərçəkənin dediklərinin hamısı doğrudur: “Məqsədim malı satıb pul qazanmaq idi. Malı Məşhəddə tanış olduğum Elçin Həmidova vermişəm. Özüm də qazanc əldə edəcəkdim. Ancaq Elçin pulun qalanını vermədi. Mən də onu məhkəməyə vermişəm. Məhkəmə qərar çıxarıb ki, Elçin mənə dəymiş ziyanı ödəsin. Ancaq qərar icra olunmur. Həbs edildim, pulu ala bilmədim”.

 

Məhkəmə noyabrın 10-da davam edəcək.

 

Qeyd edək ki, hər iki şəxs Feyzulla Qasımova, Fikrət Qurbanova, Aydın Həsənova və Həsən Yaqubova qarşı dələduzluq etməkdə təqsirli bilinirlər. T.Comərdov və A.İbrahimov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham olunub. Zərərçəkmişlərdən biri Feyzulla Qasımov Baku Medical Plazada baş həkimin müavinidir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 230
avatar

Səlcuq Elçin

Oxşar yazılar

Qubada evdə partlayış -  Yaralanan var -YENİLƏNİB

Qubada evdə partlayış - Yaralanan var-YENİLƏNİB

15 dekabr 2024 , 15:07
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46