Daşkəsənə polis rəisi təyin olunub
08 yanvar 2018 19:40 (UTC +04:00)

Daşkəsənə polis rəisi təyin olunub

0

Daşkəsən rayonuna yeni polis rəisi təyin olunub.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, daxili işlər naziri, general polkovnik Ramil Usubovun əmri  ilə polkovnik-leytenant Vəfadar Orucov Daşkəsən rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

 

V. Orucov Göygöl rayon Polis Şöbəsində rəis müavini vəzifəsində çalışıb.

 

Qeyd edək ki, Daşkəsən rayon Polis Şöbəsinin əvvəlki rəisi Fəxrəddin Abbasov bir müddət əvvəl Ağsu rayon Polis Şöbəsinə rəis vəzifəsinə təyin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1887

Oxşar yazılar