Daş karxanasında qətl törədən şəxs apellyasiya şikayəti verdi
05 iyun 2015 15:01 (UTC +04:00)

Daş karxanasında qətl törədən şəxs apellyasiya şikayəti verdi

0

Daş karxanasında bir nəfəri qətlə yetirməkdə, birini yaralamaqda təqsirli bilinərək həbs edilən Nurəddin Məmmədov apellyasiya şikayəti verib. Lent.az-ın məlumatına görə, şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsində, hakim  Abid Abdinbəyov icraatındadır. Məhkəmənin ilkin baxış iclası iyunun 11-ə təyin edilib.  

 

 

Qeyd edək ki, keçən ilin mayın 25-də Qaradağ rayonu Səngəçal qəsəbəsinin ərazisində yerləşən daş karxanasında Nurəddin Məmmədov münaqişə zəminində orada işləyənlər - Cəlilabad rayon sakinləri Qabil Həsənov və Fəryaz Məmmədovu bıçaqlayıb.

 

Xəstəxanaya yerləşdirilən Fəryaz Məmmədov mayın 26-da ölüb, Qabil Həsənova tibbi yardım göstərilib.

 

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nurəddin Məmmədov 15 il müddətinə azadlıqdan məhrum edilimişdi. O, hökmlə razılaşmayaraq cəzasının yüngülləşdirilməsini istəmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 246

Oxşar yazılar