Dairəvi yolda ağır qəza: 2 yaralı
06 yanvar 2015 22:57 (UTC +04:00)

Dairəvi yolda ağır qəza: 2 yaralı

Bu gün axşam saatlarında Bakı dairəvi yolunun Yasamal rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, Elçin Əsədovun idarə etdiyi "Mercedes" və Süleyman Hacıyevin idarə etdiyi "LADA" markalı avtomobillər toqquşub.

 

"Mercedes" markalı avtomobil yolun qadağan olunmuş hissəsindən dönmək istəyib, bu zaman arxadan gələn "LADA" ona çırpılıb. Qəza nəticəsində "LADA"nın sürücüsü ağır bədən xəsarətləri alıb. O, təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb. " Mercedes"in sürücüsü isə yüngül bədən xəsarətləri alıb.

 

Hadisədən sonra əraziyə yol polisi əməkdaşları cəlb edilib. Qəza yolda  tıxacın yaranmasına səbəb olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 171

Oxşar yazılar