Daha bir vəzifəli şəxs korrupsiya faktına görə tutuldu
25 dekabr 2015 10:15 (UTC +04:00)

Daha bir vəzifəli şəxs korrupsiya faktına görə tutuldu

Azərbaycanda daha bir vəzifəli şəxs korrupsiya faktına görə tutulub.

 

APA-nın məlumatına görə, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları ötən gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Füzuli rayon şöbəsində əməliyyat keçirib. Əməliyyat zamanı şöbənin rəis müavini Yasər İbrahimov saxlanılıb. SHXÇDX-nın Füzuli rayon şöbəsindən APA-ya Y. İbrahimovun tutulması faktını təsdiqləyiblər.

 

Hazırda əməliyyat tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 479
avatar

Oxşar yazılar