<b>Daha bir jurnalistin evi qarət olundu: <span style="color:red;">"Evi alt-üst ediblər"  </b>
09 fevral 2017 10:35 (UTC +04:00)

Daha bir jurnalistin evi qarət olundu: "Evi alt-üst ediblər"

Jurnalist Bahar Rüstəmlinin evi qarət olunub.

Bu barədə Lent.az-a jurnalistin özü məlumat verib. O, bildirib ki, Biləcəri qəsəbəsində yaşadığı yeni yaşayış massivindəki həyət evindən naməlum şəxs və ya şəxslər oğurluq ediblər: “Hadisə vaxtı evdə heç kim olmayıb. Pəncərəni sındırıb evə daxil olublar. Evin altına-üstünə çeviriblər. Sonra  1500-2000 manat dəyərində qızıl-zinət əşyalarımı tapıb oğurlayıblar”.

 

 

Jurnalist bildirib ki, məsələ ilə Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat verilib: “ Dünən artıq polis əməkdaşları gəlib izahatımızı alıb. Hazırda araşdırma aparılır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 133
avatar

Səlcuq Elçin

Oxşar yazılar