“Xəzər Lənkəran”ın futbolçusu Rahid Əmirquliyev eyni komandanın heyətində 200 və daha çox oyun keçirənlərin siyahısına daxil olub. Lent.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, kapitan yubiley oyununa Topaz Premyer Liqasında XXIX turun “Qəbələ” ilə ev matçında çıxıb.
Bununla da Əmirquliyev 200 matç həddini keçən 13-cü futbolçu olub. Cənub təmsilçisinə qədər yalnız Qusar “Şahdağ”ında çıxış etmiş 25 yaşlı yarımmüdafiəçi 2006/2007-ci il mövsümündə debüt etdiyi “Xəzər Lənkəran”da 200-ə çatan ilk futbolçudur. “Qarabağ”la “Turan”da hamıdan çox – 4, “Viləş”də 2, AZAL-la “İnter”in 1 belə oyunçusu olub. Eyni klubda keçirilən çempionat matçlarının sayında mütləq rekord “Qarabağ”ın 268 oyununda forma geyən Aslan Kərimova məxsusdur.
1 |
Aslan Kərimov |
Qarabağ (Ağdam) |
268 |
2 |
Sakit Alıyev |
Turan (Tovuz) |
248 |
3 |
Müşfiq Hüseynov |
Qarabağ (Ağdam) |
244 |
4 |
Nizami Sadıqov |
Turan (Tovuz) |
237 |
5 |
Səttar Əliyev |
Qarabağ (Ağdam) |
230 |
6 |
Yaşar Hüseynov |
Qarabağ (Ağdam) |
226 |
7 |
Müşfiq Vəliyev |
Viləş (Masallı) |
221 |
8 |
Alay Bəhramov |
Viləş (Masallı) |
220 |
9-10 |
Usim Nduka |
AZAL (Bakı) |
208 |
|
Eltay Aslanov |
Turan (Tovuz) |
208 |
11 |
Vladimir Levin |
İnter (Bakı) |
205 |
12 |
Nadir Nəbiyev |
Turan (Tovuz) |
204 |
13 |
Rahid Əmirquliyev |
Xəzər Lənkəran |
200 |