Daha bir əsgərimizi itirdik – bu dəfə güllə yarasından - <span style="color:red;">YENİLƏNİB
10 aprel 2014 12:44 (UTC +04:00)

Daha bir əsgərimizi itirdik – bu dəfə güllə yarasından - YENİLƏNİB

Azərbaycan Ordusu daha bir itki verib. APA-nın məlumatına görə, hadisə cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissədə qeydə alınıb.

 

Hərbi hissənin əsgəri Elvin Rüsxət oğlu Bəzirli təhlükəsizlik qaydalarının pozulması nəticəsində avtomat silahdan açılan atəş nəticəsində yaralanıb. Əsgər ilkin tibbi yardım göstərildikdən sonra hospitala təxliyə olunarkən yolda dünyasını dəyişib.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

 

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

 

Qeyd edək ki, E. Bəzirli Qobustan rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

 

 

# 1811
avatar

Oxşar yazılar