Daha bir əsgərimiz dünyasını dəyişdi
05 sentyabr 2013 13:02 (UTC +04:00)

Daha bir əsgərimiz dünyasını dəyişdi

Azərbaycan əsgəri dünyasını dəyişib. APA-nın məlumatına görə, hadisə Naxçıvan Muxtar Respublikasında qeydə alınıb.


 

Dövlət Sərhəd Xidmətinin Naxçıvanda yerləşən “N” saylı hərbi hissəsinin əsgəri, 25 yaşlı Savəddinov İmran Şöhrət oğlunun meyiti yük maşınında tapılıb. Ölümün səbəbləri hələlik məlum deyil.

 

Qeyd edək ki, İ. Savəddinov Ağdaş rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

 

DSX-nin mətbuat mərkəzindən məsələyə münasibət öyrənmək mümkün olmayıb. 

# 1285
avatar

Oxşar yazılar