Dağıstanda imamları öldürən yaraqlı...öldürüldü
12 yanvar 2013 17:15 (UTC +04:00)

Dağıstanda imamları öldürən yaraqlı...öldürüldü

0

Bu gün Dağıstanda öldürülmüş yaraqlının şəxsiyyəti müəyyənləşib. Lent.az-ın Milli Antiterror Komitəsinə istinadən verdiyi məlumata görə, həmin şəxs 1985-ci il təvəllüdlü Umar Kadıraqayevdir.

 

“Əbu Bəkr” ləqəbli Kadıraqayev Buynaksk rayonunun Karamaxi kəndindədir. O, 2011-ci ilin aprelində “Kadar” qruplaşmasının sıralarına qoşulub. Dağıstan ərazisində fəaliyyət göstərən yaraqlıların lideri Aseldarovun ən yaxın silahdaşlarından olub.

 

Məlumata görə, Kadıraqayevin Dağıstanın iki imamı-Dayziyev və Maqdiyevin, habelə, 2012-ci ilin fevralında Karabudaxkent kəndi ətrafında 5 ovçunun qətlində şəxsən iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1423

Oxşar yazılar